Lyrics Maraqlı - PRoMete

Maraqlı - PRoMete
Song information On this page you can read the lyrics of the song Maraqlı , by -PRoMete
Song from the album: 14
Release date:13.02.2011
Song language:Azerbaijan
Record label:mikpro

Select which language to translate into:

Maraqlı
Sətirə qatıb, dad kimi söz maraqlı
Əlimə baxır, min cürə göz maraqlı
Niyə fərqlənir, səhvlə düz, maraqlı?
Əlli niyə az? Niyə çox yüz, maraqlı?
Sizə biz maraqlı, bizsə sadəcə
Yolumuzu tutub gedirik, sürətlə
Bir mətləb qara qalmır, kim axtarır ki
Kim sualına cavab almır?
Maraq artır kitaba, vərəqə, qələmə, müddətlə
Nifrətlə, ya da icbari sevilmir heç nə!
Bunu bu yaxınlarda dərk etmişəm mən
Gecikmişəm ən maraqlı anında həyatımın
Damğam üstümdə - Gecikirəm!
Cəmi doqquz ay çəkib üsyanım
Yoluma davam, sonunadır marağım
Biri var idi, biri yox idi
Var olan heç kimə maraqlı deyildi
Olmayan isə axtarışdaydı
Axtarış bütün həyat
Başqa nə mənası var ki, güya? (güya)
Kim isə tapsa, möhkəm deyərdi ki
Biz də duyaq (Biz də duyaq)
Bu həyat, qaydalarla doludur
Dur, qaydalarını pozma oyunun
Benjamin Button-u kim görüb ki?
Biz, hamımız getdikcə yaşa doluruq!
Qazanc dalınca
Günlər verilir!
Əsəb… Əsəb…
Sinir gərilir!
Qazanc dalınca
Günlər verilir!
Əsəb… Əsəb…
Sinir gərilir!

Write what you think about the lyrics!

Other songs by the artist: