| Keçmişim ayağıma dolaşıb |
| Mən uçuram bu yüklə birgə səmaya |
| İçmişəm həyatla dolu bir qədəh ki |
| Dünya bənzəsin bir saraya |
| Buludlar yatağım, ulduzlar qonağım |
| Gedirəm kainatla yuxuya |
| Ancaq ruhumun əkizləri duyar |
| Nəqarəti mənlə birgə oxuyar |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Mən xəyallarla köçmüşəm |
| Dönə bilmirəm, dönə bilmirəm |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Mən durnalarla köçmüşəm |
| Dönə bilmirəm, dönə bilmirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |
| Vərdişim inadınla dalaşır |
| Mən qaçıram suallarımdan uzağa |
| Gəlmişəm savabla dolu bir sabah |
| Günahım bir gecəylə yüz ola |
| Günəşim yaradar kölgəmi |
| Buludlar ona can verər və qoruyar |
| Yenə ruhumun əkizləri duyar |
| Nəqarəti mənlə birgə oxuyar |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Mən xəyallarla köçmüşəm |
| Dönə bilmirəm, dönə bilmirəm |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Mən durnalarla köçmüşəm |
| Dönə bilmirəm, dönə bilmirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |
| Sən sağ qanad, mən sol qanad |
| Hava limanımız, uçuş yarat |
| Kolay, kolay, kolay səyahət |
| (Çay içermisiniz? — Evet) |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Ağ təyyarə, mən uçmuşam |
| Enə bilmirəm, enə bilmirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |
| Özümü tərk edib, özümü dərk edirəm |