| Sevgilim sevirəm gizlətmirəm ki,
|
| Gedirəm həmişəlik etmirəm ki
|
| Gəl desən, tez gələrəm
|
| Gözümdə canlanır xəyalın yenə də
|
| Ayrılıq dərd olub sənə də, mənə də
|
| Öl de, sözsüz ölərəm
|
| Ağlama, ağlama, yadlar sevinər
|
| Anam eşidər, qəlbim üzülər
|
| Ağlama bu həsrətin xatirinə
|
| Buludlar dolarsa, yağışlar yağacaq
|
| Gözümün yaşında torpaqda doyacaq
|
| Qovuşmasaq səninlə bir-birinə
|
| Mən səni istəyirəm
|
| Hər zaman gözləyirəm
|
| Həsrətə dözməyirəm, sevgilim
|
| Mən səni istəyirəm
|
| Hər zaman gözləyirəm
|
| Həsrətə dözməyirəm, sevgilim
|
| Bir kimsə yerini əyləmir əvəz
|
| Yoxdur bir həmdəmin olada bilməz
|
| Sənsən tək mənim üçün
|
| Belə bir qanun var əzəldən, ey yar
|
| Aşıq öz yarının eşqi ilə yaşar
|
| Mən də tək sənin üçün
|
| Hönkürüb ağlamaq istəyir qəlbim
|
| Ən uca dağları aşardı dərdim
|
| Qayıtsan tezliklə mənim yanıma
|
| Həsrətin acısın məndə bilirəm
|
| Ağlama, ağlama, mən tez gəlirəm
|
| Dönük çıxmaram mən öz peymanıma
|
| Gəl yenə əvvəl ki, tək
|
| Ömrümüz açsın çiçək
|
| Bir-birin xoşbəxt edək, sevgilim
|
| Eşq bizim, sevda bizim
|
| Dağ bizim, dərya bizim
|
| Büs-bütün dünya bizim, sevgilim |